Yaz gəlini

Müəllif:  | 

Gəlinlik geyinmək hər bir qızın arzusudur. Bu arzuları reallaşdırmaq üçün dizaynerlər hər il bir-birindən gözəl gəlinlik kolleksiyası hazırlayırlar. Zuhair Murad, Monique Lhuillier, Nicole Miller, Carolina Herrera, Oscar de la Renta və b. dizaynerlər, təqdim etdikləri möhtəşəm gəlinliklərlə izləyicilərini heyran buraxırlar. Gəlin namizədlərinə isə onlardan ən çox ürəklərinə yatanı seçmək qalır. Bu ilin  trendi uzun şleyflər,dekoltelər, işləmə və applikasiyalı, güpur və krujevalı ipək parçalı gəlinliklərdir.

spring_2017_bridal_wedding_dresses_fashion_trends_wedding_dresses_with_veils_trains

Yaz gəlinliklərinin bir ayrı havası olur. Əsasən açıq şaftalı, çəhrayı, bulanıq ağ, krem rəngində, açıq mavi tonlarında seçilən gəlinliklər daha zərif və yerində görünür. Havalı ətəkli gəlinliklər bütün dövrlər üçün aktualdır. Belə bir gəlinlik istəyirsinizsə, o zaman qatbaqat detallı olmasına fikir verin. Bu cür  gəlinlik sizə daha təravətli görünüş bəxş edəcək.

88

Uzun illərdir dəbdən düşməyən şleyflər də yaz gəlinlikləri üçün əsas detallardandır. Və əlbəttə ki, müxtəlif işləmələr və saçaqlar… Demək olar ki, bütün gəlinliklər işləmələrlə  bəzədilir.

9276e0bf-d904-4e79-9a5c-70dd096b5098-rs_768 (1)

 

Yaz üçün zərif çiçək printli gəlinlik də seçə bilərsiniz.Əmin olun ki, bu seçimlə əsl pəriyə bənzəyəcəksiniz.Obrazınızı tamamlamaq üçün fatalarla  yanaşı güllərdən hazırlanmış çələnglərə müraciət edin. Bu sizdə  daha müasir görüntü yaradacaq. Və ya heç bir aksesuar işlətmədən açıq, yüngül buruqlu saçlarla da dəbli gəlin olmaq olar.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page