Unisex geyimlər ilə daha geniş qarderob

Müəllif:  | 

Unisex geyimlərin 60-cı illərdə yarandığı deyilsə də, tarixi daha öncəki illərə gedib çıxır.Hələ öz dövründə Coco Chanel qadınlara şalvar geyinərək də tərz görünməyin mümkün olduğunu göstərmişdi.  Modelyer Rudi Gernreich isə unisex çimərlik geyimlərini ixtira etdi.Audery Hepburn və Twiggy ultra qısa saç düzümü ilə dəb aləminə öz imzalarını atdılar.

oldschool-pixie-cut_LOVE

David  Bowie isə sübut etdi ki, uzun saçlar əslində kişilərə də yaraşır. Unisex modası, 90-cı illərdə modelyer Calvin Klein-in denim inqilabı ilə daha da şöhrətləndi.Yves Saint Laurent smokinqi qadın qarderobuna salaraq, cazibədar eyni zamanda maskulin tərz yaratdı.

yves-saint-laurent-le-smoking-suit-177948-1448403234-promo.640x0c3929E38500000578-0-image-m-49_1475766395791

Unisex qarderobuna cins şalvar və gödəkçələr, köynək, şort, t-shirt, trench coat, eləcədə saatlar,günəş eynəkləri, qalstuk və unisex parfümlər daxildir. Bundan başqa əsgər şalvarları və botları və ya militari printli geyimlər də qadın qarderobunda özünəməxsus yer tutur.Bu stilin özəlliyi ondadır ki, həm kişilər həm də qadınlar eyni tərzdə olan geyimləri geyinə bilir. Unisex geyimləri adətən rahatlığına, komforta, öz individuallığına önəm verən modabazlar seçir. Obrazlarında  cinsiyyəti bildirməyən ( unisex ) geyimlər seçən insanlar, xarici görünüşün deyil, şəxsiyyətin daha vacib olduğunu və kişi-qadın ayrıseçkiliyinin edilməməsi gərəkdiyini vurğulayırlar.

e89ad5e6ed0d30b32442b9da36f83145

Unisex geyimdən demək olar ki, hamımız  gündəlik həyatımızda istifadə edirik. Boyfriend cinslər, üstü printli t-shirtlər, cins gödəkcələr… Hətta qardaşının və ya həyat yoldaşının qarderobundan kepka, köynək, saat, eynək və ya dəri qolbağ dəstləri götürüb obrazlarına individuallıq qatan xanımlarımız da az deyil. Eksperiment etməkdən qorxmamalıyıq ! Müxtəlif tərzləri qarışdıraraq öz unikal obrazımızı yarada bilərik !

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page

CLOSE
CLOSE