Tərz sahibi olan xanımların 6 fərqi

Müəllif:  | 

look

1) Onlar tərzli görsənmək adına geyinmirlər.

Geyinirlər,çünki öz tərzləri var …Tərzli görsənmək adına geyinmək ,cəmiyyətin xoşuna gəlməkdir.Bəlkə də öz tərzini tapmamaq ,başqalarına oxşadaraq tərz yaratmaqdır.Odur ki ,yüksək tərzli xanımlar yalnız özləri üçün geyinirlər.

2) Bu xanımlar modadan asılı deyillər.

Stil -modadan asılı olarsa artıq stil deyildir.Çünki dəb dəyişir,stil isə öz xəttini qoruyaraq trendlərlə ayaqlaşır.Əlbəttə zamanla ,yaşla stil dəyişə də bilər.Lakin tərzli xanımlar modadan asılı olmurlar.

3) Onlar bütün qiymətlərdə ,bütün mağazalardan alış-veriş edirlər.

Bu xanımlar üçün fərq etmir ,bahalı brend mağazasından alış-veriş etsinlər ,və ya hansısa bazardan ,ucuz butikdən geyim alsınlar.Çünki ,onlar nə istədiklərini hər yerdə tapa bilərlər.Belə bir kompleksə sahi deyillər.

4) Brend sevgisində hədd var …

Bahalı brend geyimlər nə qədər keyfiyyətli olsalar da ,tərz sahibləri bilirlər ki ,təkcə belə geyimləri geyinməklə tərz yaratmaq olmaz.Təkcə bahalı bir marka onları “Cool ” etməyəcək.

5) Məşhurların etdiklərini təkrarlamırlar

Son zamanlar bloglar ,məşhur ulduzlar sosial şəbəkələrdə çox aktivdirlər.Xüsusən,  öz “LOOK”-ları ilə  izləyicilərini sevindirirlər.Lakin ,fərqli yüksək tərz sahibi qadınlar bu sosial şəbəkə izləmlərindən bir az uzaqdırlar .Onların geyimlərini  bəyənərlər ,ancaq təkrar etməzlər .

6)Öz zövq və istəklərinə görə geyinirlər.

Əlbəttə ,onlar öz istəklərini ,zövqlərini bilirlər və özlərinə yaraşanı ,özlərini rahat hiss etdiklərini alırlar.Kənardan isə tərz görəsnirlər.

velofjgispanyol_paça_pantolon_sokak_modası_20-500x750 landscape-1455217786-hbz-vday-street-style-inspo-indexstilu8f9stilfhstilf

 

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page