Pop-divanın hamilə stili

Müəllif:  | 

Öz mahnıları, ekstravaqant səhnə geyimləri  və gündəlik həyatında  cəsarətli obrazları ilə tanınan Beyonce ikinci dəfə ana olmağa hazırlaşır. “ Hamiləlik, skinny cinsdən, qısa ətəkdən və hündürdaban ayaqqabıdan imtina etmək üçün bəhanə deyil” deyən Beyonce sevimli tərzini  hamiləlik dövründə qoruyub saxlayır.

RLP_MDG_190317BEYONCE_1210JPGBeyonce-Pregnancy-Style

Beyonce həmişə dolğun bir xanım olaraq tanınsa da,bundan heç də narahat olmur, əksinə quruluşunu dar, bədənə oturan əlbisələrlə, skinny cinslərlə, dərin dekolte, qısa ətəklərlə məharətlə vurğulayır. Hamiləlik dövründə də bu tərzindən imtina etmir. Açılışlara, dəvətlərə geyindiyi əlbisələr buna misaldır. Hamiləliyini önə çıxaran göy,dərin dekolteli uzun əlbisə ilə eleqant və cazibədar obraz yaratmışdır. Uzun şifon əlbisə ilə daha rahat seçim etmişdir.

3E034B8300000578-4286788-image-a-17_1488822222859

Pop diva adətən iri həcmli aksesuarlar istifadə edərək geyimlərini tamamlayır. Gündəlik həyatında çox sevdiyi dar şalvar və  hündürdaban ayaqqabını mavi dəri gödəkçə və eyni tonda şərf ilə vurğulayaraq obrazına rəng qatır.

Beyonce-Dress-2017-Grammys

Hamilə olmasına baxmayaraq, səhnə geyimləri ekstravaqant olaraq qalır.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page

CLOSE
CLOSE