Podiumda Hicab

Müəllif:  | 

 

dng1Son illər bir çox moda evləri hicablı xanımlar üçün özəl kolleksiyalar yaradırlar. 2016-cı ilin əvvəlində məhşur Dolce & Gabbana moda evi güpur, naxış və strazlarla bəzədilmiş hicab kolleksiyasını təqdim etdi.Parçaları daha çox abstrakt və bitki motivləri ilə işlənilmişdi.Çünki müsəlman aləmində insan şəkilləri yolverilməzdir.Bu marka, yaxın şərq ərəb ölkələrində yaşayan xanımlar arasında çox populyardır.

uniqlo_web

Həmin ilin yazında Yapon brendi olan Uniqlo da müsəlman xanımları üçün kolleksiya hazırladı. 2017- ci ilin fevralında məhşur reper və dizayner Kanye West  Nyu-York moda həftəsi çərçivəsində Yeezy Sezon 5 adlı yeni kolleksiyasını təqdim etdi.Nümayişdə Kanye Westin model olaraq seçdiyi  19 yaşlı Halima Adenin  hicabla olan obrazı  diqqətləri cəlb etməyi bacardı. O, hicabı uzun , narıncı kürk ilə kombin etmişdi.

İtaliya brendi olan Max Mara da bu ilin əvvəllərində təqdim etdiyi kolleksiyasına  daxil etdiyi hicablı geyim böyük marağa səbəb oldu. Geyim  qəhvəyi tonlarında uzun, kəşmir palto, şalvar və həmin rəng tonunda  hicabdan ibarət idi. Milan moda həftəsində Alberta Ferretti də öz kolleksiyasına hicablı obraz əlavə  edib.

İlk nümayişini 2015-ci ildə keçirən İndoneziyalı dizayner Anniesa Hasibuan moda həftələrində öz kolleksiyasını təqdim edir. Dəfilədə olan bütün geyimlər biserlə, strazla, işləmələrlə bəzədilir.Atlas parçadan tikilən hicab, uzun əlbisə, şal, yüngül uzun paltolardan ibarət olur.

1473877339-elle-nyfw-hijab-runway

Bu il də Anniesa öz kolleksiyası ilə izləyicilərini heyran buraxdı.Nyu-York moda həftəsindəki  bu dəfilədə təqdim olunan geyimlər daha təmtəraqlı və mötəşəmdi. Parlaq, metallik parçadan tikilən geyimlər bir o qədər  işıltılı aksesuarlarla bəzədilib.Dəfilədə ən çox qızılı, bronz, qara, gümüşü, ağ rənglərdə geyimlər görmək olar.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page