Öz cinsini seç !

Müəllif:  | 

plus-size-boyfriend-jeans-curvy-fashion-blog

Сins qarderobumuza ötən əsrin ortalarından daxil olub, hər zaman aktuallığını qoruyan , heç vaxt  dəbdən düşməyən bir element olaraq qalır. Onsuz, heç bir qadının qarderobunu təsəvvür eləmək mümkün deyil. Demək olar ki, hər bir geyimlə  kombinlənə  bilən cins , universal bir parça hesab olunur. Hətta İv Sen Loran da cinsə biganə qala bilməyərək belə deyib: “Çox təəssüf ki , cinsi mən ixtira etməmişəm…”

Bədənimizə uyğun cins tapdıqda o,  bizim ən sevimli , vazkeçilməz geyimimizə çevrilir. Az qala hər yerə geyinirik və hər şeylə gözüyumulu kombin edirik. Cins şalvar  seçimi zamanı ən çox problem yaşayan böyük bədənli xanımlar olur. Bəzən yalnışlıqla bədənə tam oturan, bəzən isə çox boş cins  şalvar seçirlər. Nəticədə həm vizual olaraq, həm də rahatlıq baxımından uğursuz seçim alınır. Böyük bədən ölçülü  xanımlar yumşaq materiallı (nə çox dar, nə də çox bol olan)  streç cinslərə üstünlük verməlidirlər.

5b9415ac3738773e45a31b1c3e6342a5

Beli elastik cinslər bədənə daha rahat oturur. Arxa cib detalına diqqət etmək lazımdır. Çünki ciblərin vizual olaraq bədən ölçüsünü olduğundan artıq göstərmək kimi mənfi xüsusiyyəti vardır. Önü və arxası  ağardılmış cinslər də bu qəbildəndir.Ümumiyyətlə, yan bölgəsini enli göstərən detallardan  qaçmaq düzgün olardı.Yüksək  bel şalvar qarını sıxır və formanı daha düzgün göstərir.Ətəyi dar və qısa cins geyinmək istəyirsinizsə , o zaman çox diqqətli olmalısınız.

plus-size-fashion-bloggers-right-now

Çünki belə cinslər, ayağı olduğundan daha qısa və kök göstərir. Adətən “qum saatı” bədən quruluşu olan qadınlara  daha yaxşı yaraşır. Bu tip şalvarı hündürdaban çəkmə və ya batilyon ,qısa dəri gödəkçə və ondan bir az uzun,  şifon, eleqant köynəklə geyinsəniz, daha xoş  görüntü əldə etmiş olarsınız.

a168cfe272073680f6470a5446803307500966972a735334001c855444c898d4

Ətəyi gen şalvar demək olar ki, hər bədənə gözəl yaraşır. Lakin bu cinsləri seçərkən genliyi dizdən başlayan modellərə diqqət yetirin.

b40a2301ecc2b0322ad19760a3f183edea7eaab2f7acabccb19a5f70b433c40d

 

Rəng seçimi zamanı tünd rəngli cinslərə üstünlük verin. Tünd- göy, tünd-yaşıl, qara, cinslər bədəni daha zərif göstərir.

Sevil Sayılova

 

 

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page