Modabaz “nənə”

Müəllif:  | 

1490626838_zaklina    İlk baxışda inanmaq çətindir ki, bu moda ikonu iki nəvəsi olan 47 yaşlı xanımdır. Ultra-dəbli geyimləri ilə izləyicilərini heyran edən serbiyalı bloqqer dünyanın dörd bir yanına səyahət edir. Hal hazırda İtaliyada yaşayan Zaklina beş dil bilir. “Realfashionist” adlı instagram səhifəsi var və hər bir şəklini “grandmotherthatlovesfashion” və 23 yaşında dünyasını dəyişən oğlunun xatirəsinə “rememberstefan” haştaqı ilə paylaşır. “The Sun” xəbər portalının məlumatına görə Zaklina “Dünyanın ən dəbli nənəsi” adını almışdır.

Atletik bədən quruluşuna malik olan  Zaklina müasir trendlərlə ayaqlaşmağı bacaran blogerlərdəndir. Seçdiyi bütün look-lar ona mükəmməl yaraşır. O, müxtəlif geyim və aksesuar brendləri ilə əməkdaşlıq edir. Eleqant tərzdə geyinən Zaklina modadan əlavə, izləyicilərini kitab oxumağa, daxili aləmlərini zənginləşdirməyə çağırır. Yaratdığı dəbli obrazlarla etdiyi fotosessiyalar adətən İtaliyanın müxtəlif şəhərlərində keçirilir.

16907071_220028568470309_558673613398474752_nrealfashionist-14

Zaklina, saç aksesuarlarını, iri eynəkləri, massiv qolbaq, sırğa və boyunbağılarını obrazlarında məharətlə istifadə edir. Qüsursuz bədən quruluşuna sahib olan bu xanım çimərlik geyimlərində də cazibədar görünür.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page