Qarderobunuzda minimalism fəlsəfəsi

Müəllif:  | 

“ Geyinməyə heç nəyim yoxdur !… “ Etiraf edək ki , hər birimiz bu sözləri demək olar ki, “ağzına qədər “geyimlə dolu olan dolabın önündə dayanıb demişik.  Çünki geyim , biz qadınların ən zəif nöqtəsidir. Vaxtının çox hissəsini dolab önündə düşünməklə keçirməyi sevməyən insanlar ,  minimalistik qarderob anlayışını dəb ensiklopediyasına əlavə etdilər . Və beləcə bəzilərimizin işi  az da olsa asanlaşdı.  Bu barədə çoxlu bələdçi kitablar  var ki , hər bir kəs özünə uyğunun seçir. Müxtəlif anlayışlar da mövcuddur . Məsələn “333” anlayışı . Bu o deməkdir ki, 3 ay ərzində sadəcə 33 parça geyim və aksesuardan  istifadə etmək lazımdır.5.-brown-coat-in-a-black-dress

Vaxtınızı “Nə geyinim və necə kombin edim ? “  sualları ilə keçirməkdən yorulmusunuzsa və ya qarderobunuzu artıq , uzun müddət  istifadə  etmədiyiniz  geyimlərdən təmizləmək istəyirsinizsə, minimalistik qarderob anlayışı tam sizə görədir. Minimalistik qarderob yaratmaq elə də asan deyil. Çox az insan bu qarderoba müraciət edir. Çünki , minimalistik qarderob klassik əşyaları özündə birləşdirir. Yeni çıxan ,ultra-dəbli əşyalara bu qarderobda yer yoxdur. Bəli ,olduqca sıxıcı səslənir . Amma minimalistik qarderobun özəlliyi budur. Eyni zamanda uzun müddət əvvəl dəbdən düşmüş , lakin dolabın bir küncündə qalan geyimlərlə də vidalaşmağınız lazımdı. Bu hələ son deyil, sizə :  bir neçə gün vaxt , fotoaparat ,sözün düzünü deyən rəfiqə və çoxlu hövsələ lazımdır.

a7883e0f96654548570e0ea61ee54018

İlk öncə əyninizə olmayan (çox  dar və ya çox gen qalan) , köhnəlmiş , uzun müddət geyinmədiyiniz əşyalardan qarderobunuzu təmizləyin. Yerdə qalan geyimləriniz baza obrazlarını  yaratmaq üçün sizə kömək olacaq. Vücudunuza daha çox yaraşan kombinləri tapmaq  ücün  sizə neytral rəngli arxa fon ( sizə ən çox yaraşan obrazı  bu fonda daha yaxşı görəcəksiniz ! )  lazımdır. Geyimlərinizlə müxtəlif obrazlar yaradın. Və hər bir kombinin şəklini çəkdirin.  Beləcə hansı obrazın  sizə daha yaxşı yaraşdığını müəyyən edə bilərsiniz.Obrazlarınızı sosial həyatınıza və yaşam tərzinizə uyğun seçin. Seçdiyiniz geyimlər öz aralarında mükəmməl uyuşmalıdırlar. Bu sizə , həyatınızın hər bir anında asanlıqla, gözüyumulu seçə biləcəyiniz look-lar yaratmağa kömək edəcək.

Minimal qarderob yaratmaqda əsas nüanslardan biri də rəng seçimidir. Sizə ən çox yaraşan rəng çalarını seçmək lazımdır. Uyğun rəngi tapmaqda yenə də  fotoaparat , neytral fon və yaxın rəfiqə sizə kömək etməli olacaq. Sizə yaraşdığını düşündüyünüz rənglərlə şəklinizi çəkdirin və hansı çaların sizin dəri tonunuza uyduğunu müəyyənləşdirin. Bu rəng  qara, boz, tünd boz, tünd göy, qəhvəyi, xaki və.s çalarlardan sizə yaraşanı ola bilər. Dəri tonunuza uyğun olan əsas rəng , sizin qarderobunuzun təməl geyimlərinin rəngi olacaq. Aksesuarlarınızı isə təməl obrazlarınızın  rənginə uygun çalarlarda seçin : pastel tonları, mavi, qırmızı və s. Onu da qeyd edim ki, köynək və  bluz burada təməl geyim rənglərində deyil,  aksesuar üçün seçilmiş  rəngdə ola bilər. Seçilən rənglər dəri rənginiz ilə tamamilə uyuşmalıdır.

Düşünə bilərik ki, minimalistik qarderob yaratmaq üçün bizə nə qədər geyim lazımdır?! Burda fikirlər çox  müxtəlifdir. Hər bir kəsin individual yaşam tərzi, sosial statusu var. Və bu özəlliklər  qarderob seçimində böyük rol oynyır. Amma yenə də mən sizinlə baza olaraq nələrin nə qədər lazım olduğunu paylaşmaq istəyirəm.

noa-noir-lifestyle-fashion-minimalist-style-wardrobe-staples-inspiration-scandinavian-inspired-style-bloggers-1

Geyim

5 ofis köynəyi

3 casual tərzli köynək

2 pencək

2 əyinə yaxşı oturan klassik şalvar

2 cins şalvar

3 yubka (klassik qələm ətək ,mini və maksi )

2 kardiqan

3 əlbisə (“ casual” tərzli , gecə , ofis üçün)

 

Üst geyim

2 palto ( klassik və casual)

1 yüngül gödəkçə

2 şərf

1-2 cüt əlcək

1 papaq

2 çanta

 

Ayaqqabı

2 cüt bot

1 cüt hündür daban ayaqqabı

2 cüt  babet

2 cüt idman tipli ayaqqabı

2 cüt yay ayaqqabısı

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page

CLOSE
CLOSE