M.Fashion School Məzun günü

Müəllif:  | 

GraduationFashionshow    

Azərbaycanın ən böyük moda məktəbi öz kolleksiyalarını nümayiş etdirəcək.

 Azərbaycanın  online moda jurnalı olan Modamaniyanın nəzdində fəaliyyət göstərən M. Fashion school tələbələrinin əl işlərinin nümayişini keçirəcəkdir.

Belə ki, 1 il ərzində yerli  peşəkarlar tərəfindən təhsil almış tələbələr öz əl işlərini – kolleksiyalarını canlı formada təqdim edəcəklər. Məzun günü tədbiri həmçinin modelyerlərin dəb nümayişi ilə davam edəcəkdir.

Tədbirin keçirilməsində əsas məqsəd 30 məzunun həmin gün öz kolleksiyasını ictimaiyyətə təqdim etməsidir.

Tədbirdə iştirakçılar və qonaqlar dəb nümayişinin şahidi olacaq, yerli brendlərin pop-up store-dan alış-veriş edəcək, yeni dizaynerləri tanıyacaq və hədiyyələr qazanacaqlar. Sözü gedən dəb nümayişi 23 Aprel 2017-ci il tarixində Holiday İnn Hotelində keçiriləcəkdir.

Bu tədbirin məzunların ictimaiyyətə tanıdılması məqsədilə ildə 2 dəfə təşkil olunması nəzərdə tutulub.

Daha ətraflı:

https://www.facebook.com/events/415238728813013/

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page