I love Rock n Roll

Müəllif:  | 

рок

“Rock style” qarderobumuza  50-ci illərdə məşhurlaşan  Elvis Presley, Bill Haley, 60-cı illərin rok qrupları olan “The Beatles”, “Blu Cheer”,”Cream” və başqaları  ilə daxil oldu. Yarandığı dövrdən rock-n-roll o vaxtkı gənc nəslin geyimlərinin hər bir detalına təsir etdi. Musiqidə yeni axın olan rockun müxtəlif qolları yarandı ki, bunlar da gənclərin həyat tərzinə, geyimlərinə yeniliklər gətirmişdi. Hard-rock, pank-rock, rock-n-roll və s. Rock stili podiumlara 90- cı illərin əvvəllərində dizayner Mark Jacobsun xüsusi kolleksiyası ilə gəldi. Kolleksiya modaya dönüş nöqtəsi, dizaynerə isə məşhurluq qazandırdı.Daha sonra Vivienne Westwood özünün pank-rock tərzində olan kolleksiyasını təqdim etdi.

Rock tərzi günümüzdə qadınsı və klassik stil ilə harmoniya daşıyır. Bu stilin bazası dəri detallar, cırıq cinslər, dəri şalvarlar, gödəkçələr, qısa dəri ətəklər,kürək çantaları, printli t-shirtlərdir. Və əlbəttə ki, günəş eynəkləri, bol metal aksesuarlar və ağır əsgər botları.

7be054e6d341fb2c02e6b34e870bf099Rock-Style-Fashion-27-Outfit-ideas-and-Stylish-Combinations-6

Üsyankar və çılğın xarakterli olan “rock style”  tərzindəki  geyimlərin baza rəngi qaradır. Təməl rəngə uyğun olaraq isə qırmızı,çəhrayı, ağ, metallik, bənövşəyi rənglər seçilir. “Rock style makyaj”ı  bu tərzin əsas detalıdır. Əvvəllər qırmızının ən cəlbedici və parlaq tonunda dodaq boyası və qara qələmlə rənglənmiş gözlər  “rock style” makyajının əsası hesab edilirdi. Günümüzdə isə  “smoky eyes” göz makyajı və açıq dodaq boyası seçilərək daha müasir və sakit obrazlar yaradılır.

eb9f8edd8ed5c3b16c57c357c63a0b5c

Başdan ayağa bu tərzdə geyinmək istəməyənlər sadəcə massiv dəri qolbağ və boyunbağı və ya metal üzük dəsti  ilə obrazlarına rock havası qata bilərlər.  Ən sevilən rock tərzi Hollywood ulduzu Johnny Deppin “Cry baby” filmindəki obrazıdır : dəri gödəkçə, açıq rəngli cins şalvar, ağ t-shirt və arxaya doğru daranmış  laklı  saçlar….

 

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page