Fransızsayağı şuxluğun 6 yolu

Müəllif:  | 

french-woman

Keçən dəfə İtalyan qadınlarından yazdıq,bu dəfə növbə Fransızlarındır!Əslində bu qadınları elə geyim tərzləri dünyada onlar haqqında danışılmasına gətirib çıxardıb.İtaliyanın cazibədar klassikası varsa ,fransızların “Fransız şıklığı” altında muasir tendensiyaları birləşdirən eleqant klassikası var.Bəs necə fransız qadınları kimi geyinmək olar?bu suala cavab almamışdan öncə bir məqama toxunmalıyıq ki ,fransızlar həmişə öz şux və qamətli görəsmələri ilə seçilirlər.Sözsüz qida və həyat tərzləri təsir edir ,lakin geyimdə də onların xüsusi sirləri var.Bax bu sirləri bilsəz,siz də onlar kimi qamətli görsənəcəksiz.

1) Hər bir fransız qadınının qarderobunda uzun blazer ,kardiqan olmalıdır.Uzun üst geyimlərindən onlar istifadə etməkdə artıq idealdırlar.

2) Vertikal zolaqlar.Bilirik ki ,vertikal zolaqlar insanın boyunu vizual olaraq uzadır və qamətli göstərir.Əgər fikir versəniz fransızlar çox vaxt zolaqlar geyinirlər ,hətta ofis kostyum dəstlərində xırda zolaq olsa da bu vertikal olur.

3) Fransızlar demək olar 80 % kəmərdən istifadə edərlər.Kəmər- bilirsiz ki ,beli incə göstərir.Demək, onlar bu aksesuarı gərəkli olaraq istifadə edirlər.

4)Monoxrom stil -çoxlarının istifadə etdiyi stildir.Bu stil də insanı qamətli göstərir.Bədəni heç yerdə kəsmir.

5) Ayağı uzun göstərən isə əlbəttə balağı uzun və enli şalvarlardır.

6) Fransızlar da italiyalı qadınlar kimi qara rəngli donlardan çox istifadə edirlər.Qarderobunuzda qara don  artıq must have olmalı!

 

 

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page