Cannes Film Festivalı…

Müəllif:  | 

t-2017-Cannes-Best-Dressed-Day-1

On gün davam edən 70-ci Cannes film festivalı artıq bitmişdir. Festival təkcə təqdim olunan filmlərlə deyil, eyni zamanda rəngarəng dəbli obrazlarla da yadda qaldı.Elie Saab, Zuhair Murad, Vivienne Westwood, Alexandre Gauthier,Michael Halpern, Roberto Cavalli, Georges Hobeika və b. modelyerlərin təqdim etdikləri zərif və şık ziyafət geyimləri zərafətli görünüşləri ilə sanki bir birilə yarışırdı. Bəzi məşhurlar geyimlərində tünd və canlı rənglər seçsə də ümumilikdə ziyafətin dəb tendensiyası pastel tonlarında atlas, tül, krujeva, payetli parçalardan hazırlanan möhtəşəm əlbisələr oldu.

Best-dressed-celebrities-at-the-Cannes-Film-Festival-2017-2

Bu da önümüzdəki sezon hansı parçaların dəbdə olacağından xəbər verir. Elle Fanningin Vivienne Westvood imzalı atlas parçalı, şleyfi əl işləməli olan əlbisəsi festivalın açılışına rəng qatdı. Önü dərin yırtmaclı atlas gecə geyimləri və yüngül fakturalı nude əlbisələr festivalın favoriləri arasındadır. Diqqəti cəlb edən digər detal zinəət əşyaları oldu. Demək olar ki, bütün ulduzlar öz obrazlarında bir parça da olsa qiymətli daş-qaşa yer veriblər. Zinət əşyalarının cazibəsi təbii makyaj və saç düzümü ilə daha da vurğulanaraq önə çıxdı.

Best-dressed-celebrities-at-the-Cannes-Film-Festival-2017-4Cannes-Red-Carpet-Best-Dressed-2017-bella-hadid

Bella Hadid, Winnie Harlow, Elle Fanning, Lili Rose Depp, Nicole Kidman, Aishwarya Rai, Izabel Goulart, Rihanna və başqaları, özünəməxsus obrazları ilə bu il keçirilən Cannes film festivalına öz imzalarını atdılar.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page