Yayın sevimlisi pastel rənglər

Müəllif:  | 

Artıq yayın gəlməsinə sayılı günlər qalıb. Yay ən çox rəngarəngliyi sevən fəsildir.Bu il mağazalarda pastel rənglərin harmoniyası hökm sürür.

Pastels

Pastel mavi tonları şübhəsiz ilin trend rəngləri arasındadır.Bu rəng qədim zamanlardan bəri aristokratiya və nəciblik ilə assosasiya olunur.

İlin başqa bir trend rəngi yasəmən rəngidir ki, bu rəng gecə ziyafət geyimlərində özünü göstərir. Bu rəng seçimi yaradıcı, başqalarına oxşamaq istəməyən , seçilməyi sevən insanların seçimidir.Sarı bir neçə ildir ki, moda aləmində öz yerini qoruyub saxlayır. İstilik bağışlayan bu rəng daim əhvalı yüksəldir. Sadə bir geyimi bu rəng ayaqqabı və ya hər hansı aksesuarla rəngləndirə bilərsiniz.

Narıncı rəng yaradıcılığa həvəs oyadır. Əhval-ruhiyyəni artırır, ətrafa xoş təsir bağışlayır.

Milan_Fashion_Week_fall_2017_fashion_trends_pastel_colors

Geyimlərdə rəng çalarlarına diqqət yetirilməlidir, rənglər çoxda qarışdırılmamalıdır. Əks təqdirdə xoş görüntü yaranmaz.

Həyatınızı rənglərlə gözəlləşdirin.

Sona Hüseynova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page

CLOSE
CLOSE