“Bikini şahzadəsi” Gabbi Gregg

Müəllif:  | 

 

untitled

Gabbi, çox gənc yaşlarından moda vurğunu olan , standart bədən ölçüsündən çox kənar bir gənc xanımdır. O , 2008-ci ildə “Gabbifresh “ adlı bloqunu yaradıb. Bloqda təqdim etdiyi  obrazlar, kombinlər  onu izləyən bütün böyük bədən ölçülü xanımlar üçün ilham mənbəyidir. Obrazlarını yaradarkən mass-market məhsullarına üstünlük verərək,  izləyiciləri üçün daha praktik və əlverişli kombinlər təqdim edir. Dünyaca məhşur olan bu plus-size xanım, dəfələrlə Teen Vogue, Cosmopolitan, İnStyle, Seventeen kimi məhşur jurnalların səhifələrində yer almışdır.

C7uiKtUVMAE4AHd

Gabi,  ən çox  ironik olaraq adlandırdığı “Fatkini” çimərlik kolleksiyası ilə məhşurdur. Bu kolleksiya həm adına,  həm də məhsullarının modelinə görə birmənalı qarşılanmadı. Bəziləri kolleksiyanın adının “alçaldıcı” olduğunu deyir, bəziləri də kolleksiyadakı məhsulların bikini deyil, sadəcə iki hissədən ibarət geyim olduğunu bildirirlər.Buna baxmayaraq kolleksiya yarandığı zamandan etibarən  demək olar ki,  plus-size ölçülü xanımların sevimlisinə çevrilmişdir.

2.7.6

Gabbinin “Fatkini” bikiniləri hər zövqə və hər büdcəyə xitab edir. Bikinilər, formalarına və printlərinə görə olduqca rəngarəngdir.Siz bu kolleksiyadan zövqünüzə uyğun bandajlı, yüksək belli və ya bütöv bikini seçə bilərsiniz. Ən çox populyarlığı qazanan bikiniləri isə üzəri kosmik fəza printli, güllü, “polkadot”lu, dodaq şəkilli və qarışıq rəngli modellərdir.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page

CLOSE
CLOSE