Arıq xanımlar üçün ipucları

Müəllif:  | 

Artıq çəkidən əziyyət çəkən xanımlar kimi, çox arıq olmaqdan şikayətlənən xanımlar da az deyil.Belə xanımlar düşünürlər ki,nə geyinsələr onlara yaraşmır. Bu heçdə belə deyil. Sadəcə düzgün geyim seçmək gərəkdir.Gəlin arıq xanımlar üçün geyim qaydalarına baxaq:

1.Əvvəlcə böyük əşyalara, həddən artıq geniş geyimlərə “yox” deyək. Geniş geyimlər arıq insanların buraxdığı böyük səhvlərdən biridir. Bu tip geyimlər bədən quruluşunun əksikliyindən xəbər verir.Bu zaman ayaqların və qolların nazikliyi diqqəti cəlb edir.

763c48fefe57eba3d729584ed0e72eb3

2.Dar geyimlərdən uzaq dururuq-böyük bədənli xanımlar kimi arıq xanımların da dar paltar geyinməsi məqsədə uyğun olmaz. Çünki belə paltarlar hər iki bədən quruluşunun çatışmazlıqlarını nümayiş etdirir.Beləliklə, dar donlardan, şalvarlardan, lasinlərdən yan keçmək məsləhətdir.

boho30d

3.Qara rəng qurtarıcıdır. Lakin tünd rənglərdən nə qədər uzaq dursanız o qədər yaxşıdır. Açıq rənglərə üstünlük verin.Bu arıqlığı gizlətməyin mükəmməl yoludur.

4.Detallara fikir verin-büzmələr, volonlar yerinə düşər. Parçadakı rəsm böyük ölçüdə olmalıdır. Üfüqi xətli geyimlər seçiminiz olsun. Şaquli xətli geyimlərdən uzaq durun.Və ən əsası özünüzü olduğunuz kimi sevin.

Sona Hüseynova

 

 

 

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page