Modadan geri qalmayan vəkil!

Müəllif:  | 

542baaf3a76eb

Amal Alamuddin son vaxtların ən çox izlənən stil ikonlarından biridir.İncə bədən quruluşu və zərifliyi ilə geyindiyi hər paltara cazibə qatır .Demək olar ki ,onun geyindiyi bütün paltarlar ən çox danışılanlar arasındadır.

Hər halıyla zərif, gözəl bir qadın Amal Alamuddin öz fərqli tərzi ilə insanları valeh edir.İş qadını obrazını tamamlamaq üçün qələm ətəklər,kostyumlar,donlar geyinən Amal ,gündəlik həyatda sport və romantik tərz ilə qarşımıza çıxır.

rs_560x415-150417123819-1024-amal-clooney-fashion.jw.41715

Qarderobundakı rənglər olduqca geniş və maraqlı tonlara sahib olan Alamuddin, hər rəngi cəsur şəkildə istifadə edir.Kombinlərində mütləq ,az da olsa canlı bir rəngə yer verir.Aksesuar seçimində sadəliyi sevir.Günəş eynəkləri ən çox istifadə etdiyi aksesuarlar arasındadır.Əsasən böyük,qara çərçivəli günəş eynəkləri seçir.Çanta seçimlərində isə birtonlu, pastel və ya qara rəngli çantalardan istifadə edir.Ayaqqabı olaraq əsasən loafer və ya babet geyinən Alamuddini bəzən stilettolarla da görmək mümkündür.Yeni stil ikonu Amal Alamuddin bu zərifliyini,fərqli duruşunu ve öz tərzini illər boyu qoruyar.

Zəhra Həsənli

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page