70 yaşlı qotik stilin ilahəsi…

Müəllif:  | 

miceldy7

Məşhur dizayner Rick Owens -in ruhlandığı ilahəsi,qadını ,həyat yoldaşı ,iş ortağı Michele Lamy ….25 yaş Rick -dən böyük olan Lamy öz yaşını həmişə gizlədir.Deyilənə görə isə 2- ci  Dünya Müharibəsi zamanı dünyaya gəlib.Hesablasaq çoxdan  70  yaşı keçmişdir. Lakin yaşını bəlli etməyən Michele yaradıcılıqda Rick-ə çox köməklik edir.O son dövrün ən ecazkar ,sirr dolu şəxsiyyətlərindən biri sayılır.Onu Qotik stilin ilahəsi adlandırırlar ….Bu cütlük fərqli geyim stili ,həyat tərzi olan cütlüklər sırasındadır.

Lamy demək olar gənclik illərində bütün işlərdə özünü sınayır : striptizçi,barmen ,rejissor ,vəkil və dizayner.Owens ilə tanış olduqdan sonra 2002- ci ildə Parisə köçürlər və biznes qurmağa addım atırlar .Məhz Lamy sayəsində Rick bu qədər məşhurlaşır.

michelelamy1

Rick onu Sfinks adlandırır.Onu bu Misir fiquru kimi ecazkar və sirli görür…

Bu qadın elə doğurdan da qəribə şaman tipli aksesuarlardan ,papaqlardan istifadə edir.Qızılı aksesuarlar çox taxır ,hətta qızıl dişləri var.Bu qızıl sevgisini   atasının Əlcəzairli olmasına bağlayır.Həmişə barmaqları tünd xınalı olur.Alnında isə vertikal  qara xətt həmişə onunladır.Qeyri -adi zövqü olan bu xanım daha çox qara rəngdə geyinir.

micelfihgf micc micel8 micel miceljf

 

 

 

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page