60 yaşda fransız şıklığı…

Müəllif:  | 

 

b9fdc87d75dd27fea39ffadc43a7a987b490fcc0872a5100728fe0a20d7316921424caafa5db5360dccf51a008ee6953

Adətən 60 yaş üzəri xanımlar dəbli geyinməyi deyil, komfortlu geyinməyi üstün tuturlar. Bu əlbəttə ki, vacibdir. Lakin rahat geyinməklə yanaşı, dəbli görünmək heç də çətin deyil. Rahatlıq və dəbi sintez etməyi  bacaran fransız qadınları buna misaldır. Onların tərzi sanki əllərinə keçən ilk geyimi geyinib çıxırmış kimidir. Lakin sadə və şık geyinən bu xanımlar, saç düzümlərini  belə obrazlarına uyğunlaşdırmağı bacarırlar. Gündəlik həyatlarında hündürdaban ayaqqabını seçmirlər. Əsasən 3-5 sm hündürlükdə və ya babet ayaqqabılar, iri çantalar, rəngarəng şərflər,  cürbəcür papaqlar qarderob aksesuarlarının əsas hissəsini təşkil edir.Zinət əşyalarında isə, sadəliyə üstünlük verirlər. Adətən xırda ölçülü bəzək əşyalarından istifadə edirlər. Yaz və yay geyimlərində isə natural parçalardan tikilmiş rəngarəng əlbisə, bluz və kapri şalvarları geyinirlər. Rəng seçimində istənilən rəngə müraciət edə bilərlər. Əgər qara rəngdən istifadə edirlərsə, aksesuar olaraq  bir-iki düzüm mirvari boyunbağı  və mirvari sırğa seçirlər .Bəzən də rəngarəng ipək şərflərlə obrazlarını tamamlayırlar. Ekstravaqant xanımlar isə daha fərqli aksesuar seçərək özünəməxsus obraz yaradır.

Sevil Sayılova

1434651799-tzipora-salamon19ecb67e31b0cdc385eb659dea33eb72f82f70bf4babb609bb0eb4c65beecf45

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page

CLOSE
CLOSE