2017 -ci ilin ən trend rəngi …

Müəllif:  | 

Fashion-Color-Dresses-with-Etro-coat-jacquard

Dəyərli “Modamaniya ” izləyiciləri -artıq yeni sezona başlayırıq və bu sezonda biz sizə ilkin olaraq 2016 və 2017- ci illərin  payız -qış kolleksiyaları ,trendləri ,hadisələri haqqında məlumatlar çatdırmağa çalışacağıq. Elə isə ,başlayaq trend rənglərdən.Əslində bu il də hər il olduğu kimi “Pantone” qərarını gözləyirik, lakin artıq kolleksiyalar ,eləcə də pantone planlaşdırma qərargahından da bəzi trend rəngləri üzə çıxartmaq olar.Bu gün isə sizə onlardan birini təqdim edirik.Bu il ən çox geyinilən rənglərdən biri Rust (qırmızı ,narıncı və qəhvəyi rəngin qarışığından yaranan rəng tonudur) olacaq .

b7c888865028377f7440a2bd173746d1

Bu rəngi, biz kərpic rəngi ilə əvəzləyə bilərik.Xatırlayırsızsa ,keçən il Marsala rəngi trend idi və əsas rəng olaraq bilinirdi.Bu rəng də ona hardasa yaxın bir tondur ,lakin Marsala daha çox bordo rəngin çalarlarını özündə birləşdirirdi.Bir çox kolleksiyalarda dizaynerlər bu rəngə xeyli üstünlük veriblər.Chloe ,Alberta Ferretti,Gucci ,Bottega Veneta ,Dolce & Gabbana ,Nike və s .bu rəngdən çoxlu istifadə ediblər.Odur ki ,payız -qış qarderobunuza bu rəngi əlavə edə bilərsiz.

Rust-Fashion-Color-Dresses

 

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page