Ölçüsüz Zəriflik

Müəllif:  | 

shabby-chic-plus-size-wedding-dresses-2016-2017-018382113_117706268803752_7748266790353895424_n

Əvvəllər böyük bədən ölçülü xanımlar gözəl gəlinlikləri görüb “bu mənə yaraşmaz!” deyə köks ötürərdilər. Müasir dövrün gənc xanımları üçün bu problemlər artıq yoxdur. Çünki bir-birindən maraqlı gəlinlik assortimentləri təqdim edən dizaynerlər +size ölçülü xanımları da unutmurlar. Allure Bridals, Alfred Angelo, Roz la Kelin, Wtoo kimi moda evlərinin böyük bədən xanımlar üçün hazırladıqları gəlinlik  kolleksiyaları buna misaldır. 2017- nin gəlinlik trendləri tül və zərif krujeva parçadan tikilmiş əlbisələrdir. Model olaraq isə ampir, A siluet, balıq ətək, strapless, yunan stilli gəlinliklər dəbdədir. Bu il qısa və ya midi ətək gəlinliklər də favorilər arasındadır.

апрпрп

Vücudunuzun xırda qüsurlarını gizlədib gözəl hesab etdiyiniz yerlərini vurğulamaqla mükəmməl gəlinliyi seçə bilərsiniz. Bunun üçün öz bədəninizi yaxşı tanımalısınız. İncə belinizi gəlinliyə uyğun seçilmiş nazik kəmərlə vurğulayın. Düzgün ayaqlara sahib xanımlar qısa və ya midi ətəkli gəlinlik seçə bilərlər.

wedding-dress-plus-size-13

Gəlinliyin effektli görünməsində əsas nüans parça seçimidir. Parıltılı, atlas parçalı gəlinlik seçərkən biraz ehtiyatlı olmalısınız,çünki vücudunuzu olduğundan daha artıq göstərə bilər. Xırda naxışlı, krujeva parçalı gəlinlik sizə daha şık, eleqant, zərif görüntü bəxş edəcək. Sadə makyaj və bir o qədər təbii saç düzümü ilə öz gözəlliyinizi vurğulayın.Zövqlə seçilmiş zinət əşyaları və gül çələngi ümumi görüntüyə zəriflik qatacaq.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page