Marjinal dəb redaktoru

Müəllif:  | 

Tanış olun – Lucinda Chambers, Britaniya Vogue jurnalının keçmiş dəb redaktoru və İtalyan brendi  Marni-nin konsultantı.

72aeef93d9ea0566707b0bc5ea2810b5

Yaşını göstərməyən daha bir dəb vurğunu qadın. Hər dəfə “neçə yaşınız var?” sualına, “50 üzəri!” cavab verən Lucinda əsl dəb aşiqidir. Onun stilini sərhədsiz, müxtəlif və rəngarəng tərzdə ifadə etmək olar. Lucinda detalları, rəngləri, printləri, parçaları qarışdırararaq mükəmməl görüntü əldə edə bilən az saylı modabazlardandır. Daha çox rəngarəng geyimləri, sırğa, kəmər, və ayaqqabıları sevir.

luci

İri həcmli bijuteriyaları, qeyri-adi çantaları obrazlarında tez-tez istifadə edir. Bir çox modabazın geyinməyə cəsarət etmədiyi obrazları asanlıqla mix etməyi bacaran marjinal bir tərzə sahibdir.Lucinda qarderobunda ən çox Marni, Prada və Miu Miu kimi brendlərə yer verir.

Sevil Sayılova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page