Ev rahatlığı indi küçədə…

Müəllif:  | 

Moda dünyası hər sezon bizi təəccübləndirməyi bacarır. Bu sezonun fərqli trendlərindən biri də pijama trendidir.Gecə yatarkən geyindiyimiz pijamadan bəhs etmirik, küçə dəbi olan pijamalardan danışırıq.

pijama-modası-2

Rihanna,Jessica Alba,Naomi Campbell kimi moda ikonlarını dəvətlərdə pijama və hündür daban ayaqqabı kombinilə tez-tez görürük.

Pijama trendi modabazlar tərəfindən çox tez mənimsənildi.İstər küçə dəbində, istərsə də gecə dəvətlərində sevilərək geyinilən pijamalar rahatlığı ilə digər trendləri kölgədə qoydu.

pyjamas-trend

Pijamanı həm dəst şəklində, həm də cins şalvarla kombinləyərək trend obraz yarada bilərsiniz. Dəvətə gedərkən yüksək daban ayaqqabılar, sadə saç və makiyajla dəbli görünmək mümkündür.

Daha rahat bir tərz yaratmaq üçün idman ayaqqabıları mükəmməl seçimdir. Bu trendi izləyənlər yalnız pijama ilə kifayətlənmir, babydoll və sabahlıq kimi parçaları seçimləri arasına əlavə edirlər.

pj-trend-fashionistas

Bu rahat obrazı üst üstə taxılmış incə boyunbağılar, klassik saat və günəş eynəkləri ilə tamamlaya bilərsiniz.

Sona Hüseynova

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page