Əyləncəyə dəb qatın…

Müəllif:  | 

Festivallar təkcə musiqi və əylənmək deyildir.Festivalların həm də özünəməxsus modası və stili vardır.

Processed with VSCO with hb2 preset

Festivala geyiniləcək ən rahat kombin t-shirt və cins şortlardı.Əsasən də yaz festivallarında bu kombin rahat istifadə oluna bilər.Heç vaxt dəbdən düşməyən bu standart kombini aksesuarlarla-bandanalar və rəngli aksesuarlarla zənginləşdirə bilərsiniz.Ən çox istifadə olunan və heç imtina edilməyən digər seçim tül donlardır.Boho stilinə uyğun donunuzu,botla,qat-qat aksesuarlarla,gül çələngləri ilə festivala uyğunlaşdıra bilərsiniz.

Hamının eyni göründüyü festivallarda fərqli olmaq istəyirsinizsə,köhnə festival stillərinə müraciət edin.70-lərin hippie stili,geniş ətəkli şalvarlar və atlas köynəklər yerinə düşəcəkdir.

Coachella-Celebrity-Fashion-2017

Bohem trendi son illər küçə dəbinin gündəmindədir, saçaqlar və hörüklü saçlarla  özünüzə yaradacağınız boho stili ilə diqqətləri öz üzərinizə çəkə bilərsiniz.Bu obrazı tamamlamaq üçün kombininizə həsir papaq və geniş kəmərləri əlavə edin.

Son vaxtların ən məşhur festival trendi fərqli makyajlardır.İstədiyiniz kimi parıltılı kosmetika və üz aksesuarları istifadə edərək öz obrazınızı yarada bilərsiniz.

Festivalın hər anından zövq almaq üçün maksimum rahatlıq önəmlidir.Günəş eynəkləri,həsir papaqlar,bel çantaları sizin həm stilinizi tamamlayacaq, həm də rahatlıq bəxş edəcək.

1428932576-1

Sizdə Festivala qatılarkən öz stilinizi yaradaraq fərqlənin!

Zəhra Həsənli

Paylaşmaq gözəldir ...Share on FacebookTweet about this on TwitterShare on VKPin on PinterestShare on Google+Share on LinkedInShare on RedditPrint this page